Daşkəsəndə UAZ aşdı - Ölən var

23:53 23.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daşkəsəndə ağır yol qəzası baş verib.

Hafta.az müxbiri xəbər verir ki, “UAZ” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində 1992-ci il təvəllüdlü Eşqin Əhmədov dünyasını dəyişib, 1960-cı il təvəllüdlü Mehman İsrafilov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.